Toyda gəlinə qızıl əvəzinə TIR təkəri hədiyyə etdilər (Video)
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Balıkesir şəhərində keçirilən toy mərasimində qeyri-adi hədiyyə hər kəsin diqqətini çəkib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, TIR sürücüsü olan bəyin dostları ənənəvi zinət əşyaları və pul əvəzinə ona yük maşını üçün təkər bağışlayıblar. Dəyərinin 25 min türk lirəsi olduğu bildirilən hədiyyə toyda iştirak edənləri təəccübləndirib.
Hədiyyə təqdim edilərkən gəlin və bəy yaşadıqları təəccübü gizlədə bilməyiblər. Qonaqların da marağına səbəb olan həmin anların görüntüləri sosial şəbəkələrdə diqqət çəkib.
Qeyri-adi hədiyyə toy mərasiminin ən yaddaqalan məqamlarından birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:Qızıl əvəzinə gəlinə görün nə hədiyyə etdilər KONKRET
20 Noyabr 2024 12:22
Qızıl əvəzinə gəlinə görün nə hədiyyə etdilər FOTO
20 Noyabr 2024 11:51
Toyda qızıl əvəzinə 100 cücə hədiyyə etdi
30 İyul 2026 17:40
Şəbnəmə toyda pullar və qızıl hədiyyə etdilər Video
11 Aprel 2025 10:40
Toyda gəlinə qızıl yerinə it verdilər Video
20 Noyabr 2024 14:14
Baxış sayı:125
Bu xəbər 22 Oktyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















