Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq. Samux rayonunun Çobanabdallı kəndində maraqlı bir hadisə baş verib.
Kənd mollası çəkdiyi videomüraciətdə yas mərasimlərində iştirakın azlığından gileylənib və bunun əsas səbəbini ehsan verilməməsi ilə əlaqələndirib.
Onun sözlərinə görə, məqsədi mərhumun evinə dəstək olmaq, insanları həmrəylik göstərməyə çağırmaqdır.
“Videonu çəkdim ki, gəlin yasda iştirak edin. Halva yeməsəniz belə, heç olmasa çay süfrəsində oturun.
Ev yiyəsinə dəstək olun ki, tək qalmasın”, – molla “Xəzər TV”yə açıqlamasında bildirib. Kənd sakinlərinin fikirləri isə fərqlidir.
Onlar deyirlər ki, yaslarda yemək verilməməsi insanların öz təşəbbüsü əsasında həyata keçirilən qərardır və bu, çoxluq tərəfindən müsbət qarşılanır.
Çünki ehsanların ləğvi həm mərhumun ailəsini artıq xərcdən xilas edir, həm də yasın əsas mahiyyətini – mərhumun ruhuna dua oxunmasını – ön plana çıxarır.
Sakinlər əlavə edirlər ki, yas məclisinə kimlərin qatılması çox vaxt mərasim sahibinin özünün digər bənzər məclislərdə iştirakına bağlı olur.