Icma.az
close
up
RU
“Toyda israf edirsiniz, yasda qənaət yada düşür?” Molladan sərt sözlər

“Toyda israf edirsiniz, yasda qənaət yada düşür?” Molladan sərt sözlər

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Samux rayonunun Çobanabdallı kəndində maraqlı bir hadisə baş verib. Kənd mollası çəkdiyi videomüraciətdə yas mərasimlərində iştirakın azlığından gileylənib və bunun əsas səbəbini ehsan verilməməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, məqsədi mərhumun evinə dəstək olmaq, insanları həmrəylik göstərməyə çağırmaqdır.

“Videonu çəkdim ki, gəlin yasda iştirak edin. Halva yeməsəniz belə, heç olmasa çay süfrəsində oturun. Ev yiyəsinə dəstək olun ki, tək qalmasın”, – molla “Xəzər TV”yə açıqlamasında bildirib.

Kənd sakinlərinin fikirləri isə fərqlidir. Onlar deyirlər ki, yaslarda yemək verilməməsi insanların öz təşəbbüsü əsasında həyata keçirilən qərardır və bu, çoxluq tərəfindən müsbət qarşılanır. Çünki ehsanların ləğvi həm mərhumun ailəsini artıq xərcdən xilas edir, həm də yasın əsas mahiyyətini – mərhumun ruhuna dua oxunmasını – ön plana çıxarır.

Sakinlər əlavə edirlər ki, yas məclisinə kimlərin qatılması çox vaxt mərasim sahibinin özünün digər bənzər məclislərdə iştirakına bağlı olur. Yəni, kimin yasına gedilibsə, onun da yasına əksər hallarda qarşılıq verilir.

Maraqlı məqam isə odur ki, doğrudanmı insanlar ehsan olmadığı üçün yaslara getməkdən yayınırlar?

Bu suala aydınlıq gətirmək üçün Musavat.com məsələ ilə bağlı Saray məscidinin mollası Bəxtiyar Məmmədovla söhbətləşib.

– İlk olaraq ehsanın bəzi rayonlarımızda yığışdırılmasından danışaq. Buna münasibətiniz necədir?

– Ehsan yaxşılıq deməkdir. Ərəb sözüdür. Belə çıxır ki, biz ehsanı yığışdırmaqla elə yaxşılığı yığışdırırıq. Ehsanı yığışdırmaqdansa, süfrəyə qoyulan yeməklərin sayını azaltmaq lazımdır ki, israfçılıq olmasın. Mən getdiyim yas məclislərində ehsan verilir. Yas mərasimlərində çay sürfrəsi olsa, bəs edər. Yemək veriləndə isə elə etmək lazımdır ki, artıq qalıb xarab olmasın. Mən şəxsən şahidi oluram ki, məclislərdə həddindən artıq israfçılıq olur. Süfrəni sadələşdirmək daha gözəl olar. İndi ehsan süfrəsində daha meyvə verilmir, onun yerinə pomidor, xiyar, turşu, pendir qoyulur. Lakin bunlar o qədər alınır ki, artıq qalır. Elə onu aparıb ehtiyacı olan ailələrə versinlər. Amma ehsanı tamamı ilə yığışdırmaq düzgün deyil. Ehsan süfrəsində ən azı bir stəkan çay olmalıdır. İnsanın gözəl söz danışmağı da, yemək verməsi də ehsandır. Sözü də çox danışsan, israf olar. Hər şeyi qədərində etmək daha yaxşıdır. Bir azdan deyəcəklər ki, yas məclislərində Quran da oxunmasın. Bu nə dərəcədə düzgündür?!Halbuki toy məclislərində növbənöv içkilər, xörəklər verilir, insanlar sərxoş olub dava edirlər. Bəs toylarla bağlı niyə məhdudlaşdırmadan, sadələşdirmədən danışmırlar? Ən böyük israfçılıq elə toylarda müşahidə edilir. Yaslarla bağlı çox detallara varırlar. Bəzən deyirlər ki, Aşura mərasimi də ləğv olunsun. Hazırda ölkəmizdə din çox pis formada təbliğ olunur. Aşuranın özü də ehsandır da.

– Doğrudanmı insanlar ehsan zəif olanda və ya verilməyəndə yas məclisinə gəlmirlər?

– Bizim insanlar ehsan verilməsinə alışıb, ona görə də ehsan zəif olanda gəlmək istəmirlər. Ehsan verməyən ailələrə pis baxırlar. Lakin ümumilikdə bu mərhumun yas mərasimlərində iştirakından, qohumlarından asılı olur. Adam var ki, vaxtı ilə məclislərə getməyib deyə onun da yasına heç kim gəlmir.

– Ehsan süfrəsində ən vacib qidalar hansılardır?

– Süfrə nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Halvanın yanında qoğal, cürbəcür konfetlər verilir. Onlar da yeyilmir, elə süfrələrdə qalır. Əsas olan çay, xurma və halvadır. Bəlkə halva da artıqdır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:401
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri