Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir. Toydan qayıdan zaman sərxoş vəziyyətdə maşını idarə edən şəxs qəza törədib.
Qəza zamanı sürücünün anası dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Fədayət Quliyev İmişli rayonu, Telişli kənd
Həmin ərazidə sürət həddi 60 km/saat olsa da F.Quliyev 120 km/saat sürətlə hərəkət edirmiş.
Nəqliyyat vasitələrini idarə etmə hüququ olmayan F.Quliyev ötmə əməliyyatı edən zaman idarə etməni itirib və maşını aşırıb.
Qəza zamanı avtomobildə olan 1977-ci il təvəllüdlü Quliyeva Yeganə Ağabəy qızı aldığı xəsarətlərdən ölüb.
Y.Quliyeva sürücü Fədayətin anası olub. Avtomobildə Fədayətin arvadı, iki azyaşlı uşaqları və tanışı Fuad da olub. Onlar da xəsarət alıblar.
Toydan qayıdan zaman maşını Fuad idarə edirmiş. Yolda su almaq üçün maşını saxlayanda Fədayət maşını özünün idarə edəcəyini deyib.
Onun arvadı buna etiraz edib. Lakin Fədayət israr edərək sükan arxasına keçib.