Icma.az
close
up
RU
Toydan sərxoş qayıdanda qəza törətdi, anası öldü TƏFƏRRÜAT

Toydan sərxoş qayıdanda qəza törətdi, anası öldü TƏFƏRRÜAT

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Toydan qayıdan zaman sərxoş vəziyyətdə maşını idarə edən şəxs qəza törədib. Qəza zamanı sürücünün anası dünyasını dəyişib.

Avtosfer.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Fədayət Quliyev İmişli rayonu, Telişli kəndi ərazisində “Mercedes” markalı avtomobillə qəza törədib. Həmin ərazidə sürət həddi 60 km/saat olsa da F.Quliyev 120 km/saat sürətlə hərəkət edirmiş.

Nəqliyyat vasitələrini idarə etmə hüququ olmayan F.Quliyev ötmə əməliyyatı edən zaman idarə etməni itirib və maşını aşırıb.

Qəza zamanı avtomobildə olan 1977-ci il təvəllüdlü Quliyeva Yeganə Ağabəy qızı aldığı xəsarətlərdən ölüb. Y.Quliyeva sürücü Fədayətin anası olub. Avtomobildə Fədayətin arvadı, iki azyaşlı uşaqları və tanışı Fuad da olub. Onlar da xəsarət alıblar.

Toydan qayıdan zaman maşını Fuad idarə edirmiş. Yolda su almaq üçün maşını saxlayanda Fədayət maşını özünün idarə edəcəyini deyib. Onun arvadı buna etiraz edib. Lakin Fədayət israr edərək sükan arxasına keçib.

Əməlindən peşman olduğunu deyən Fədayət baş verənlərə görə özünü bağışlamayacağını deyib və məhkəmədən yüngül cəza verilməsini xahiş edib. Məhkəmədə zərərçəkmiş şəxslər və mərhumun hüquqi varisi də iştirak edib. Mərhumun əri  oğlu Fədayəti bağışladığını deyib.

Məhkəmə Fədayət Quliyevi Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ölümə səbəb olduqda) maddəsi ilə təqsirli bilib. Hökmə əsasən F.Quliyev 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvədə saxlanılıb.(musavat)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 14 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri