“Toyota”nın saxta transmissiyası

04.06.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Elektromobil bəzi sürücülər üçün cansıxıcıdır: hər şey elektronika həll edir, sürücü hərəkətsiz qalır. 

Avtosfer.az “telegraphindia.com”a istinadla xəbər verir ki, “Toyota” bu cansıxıcı rejimi aradan qaldırmaq istəyir. Yapon mühəndislər elektromobillərdə mexaniki sürət qutusuna xas davranışları patentləşdirmək istəyirlər: sürücü maşını yerindən ehtiyatsız tərpətdikdə maşın sönəcək, birdən-birə yuxarı ötürməyə keçdikdə avtomobil dartınacaq, yaxud yerindən təkanla tərpənəcək.

Əlbəttə ki, bunları cəmi 1 ötürmədən ibarət elektromobildə həyata keçirmək mümkün deyil. Sürücü bunu istəsə də edə bilməz, çünki elektromobillər mexaniki transmissiyalı ənənəvi avtomobilin quruluşu tam fərqlidir. Bu səbəbdən yapon mühəndislər elektromobilin mexaniki hissəsinə toxunmayacaqlar. Yalnız proqram təminatına dəyişiklik etməklə mexaniki ötürmə effekti yaradacaqlar. Buna isə hələlik saxta transmissiya deyilir. Sistemin istehsala tətbiqindən sonra dəqiq ad məlum olacaq.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью