“Toyota”nın saxta transmissiyası
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Elektromobil bəzi sürücülər üçün cansıxıcıdır: hər şey elektronika həll edir, sürücü hərəkətsiz qalır.
Avtosfer.az “telegraphindia.com”a istinadla xəbər verir ki, “Toyota” bu cansıxıcı rejimi aradan qaldırmaq istəyir. Yapon mühəndislər elektromobillərdə mexaniki sürət qutusuna xas davranışları patentləşdirmək istəyirlər: sürücü maşını yerindən ehtiyatsız tərpətdikdə maşın sönəcək, birdən-birə yuxarı ötürməyə keçdikdə avtomobil dartınacaq, yaxud yerindən təkanla tərpənəcək.
Əlbəttə ki, bunları cəmi 1 ötürmədən ibarət elektromobildə həyata keçirmək mümkün deyil. Sürücü bunu istəsə də edə bilməz, çünki elektromobillər mexaniki transmissiyalı ənənəvi avtomobilin quruluşu tam fərqlidir. Bu səbəbdən yapon mühəndislər elektromobilin mexaniki hissəsinə toxunmayacaqlar. Yalnız proqram təminatına dəyişiklik etməklə mexaniki ötürmə effekti yaradacaqlar. Buna isə hələlik saxta transmissiya deyilir. Sistemin istehsala tətbiqindən sonra dəqiq ad məlum olacaq.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 04 İyun 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















