Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Artıq uzun müddətdir ki, Azərbaycana qeyri-rəsmi şəbəkələrin gətirdiyi avtomobillərlə bağlı sürücülərin şikayətləri səngimir.
Vətəndaşlar bir neçə ay əvvəl özünü vasitəçi qismində tanıdaraq mağazasının önündə 3-5 avtomobili satışa qoyan kiçik obyektlərə inanır, iri avtomobil şirkətlərinin Çin üçün istehsal etdikləri maşınları gətirtməklə bağlı sifariş verirlər.
Nəticədə, bir müddət sonra bu avtomobildə çıxan problemlə bağlı həmin qeyri-rəsmi şəbəkəyə üz tutduqda, məyus olurlar.
Çünki bu şəbəkələr heç bir servis xidməti təklif etmir. “Ucuz ətin şorbası”na inanan belə vətəndaşlar artıq ölkədə böyük bir "avtomobil qəbi
Bu halda ölkə iqtisadiyyatı, nəqliyyat infrastrukturu ilə yanaşı, rəsmi dilerlərə də böyük zərər dəyir.
Qeyri-rəsmi şəbəkələr nəqliyyat vasitəsinin sadəcə satışını təşkil etdiyi üçün maksimum 3-4 vakansiya üzrə əməkdaşı olsa da, rəsmi dilerlərdə vəziyyət tamamilə fərqlidir.
Belə ki, rəsmi dilerlər təkcə satış yox, eyni zamanda satılan avtomobillərin hər biri üçün servis xidməti təklif edir.