Icma.az
close
up
RU
“Toyota”nın servis mərkəzlərində müştərilərə belə xidmət göstərilir VİDEO

“Toyota”nın servis mərkəzlərində müştərilərə belə xidmət göstərilir VİDEO

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Artıq uzun müddətdir ki, Azərbaycana qeyri-rəsmi şəbəkələrin gətirdiyi avtomobillərlə bağlı sürücülərin şikayətləri səngimir. Vətəndaşlar bir neçə ay əvvəl özünü vasitəçi qismində tanıdaraq mağazasının önündə 3-5 avtomobili satışa qoyan kiçik obyektlərə inanır, iri avtomobil şirkətlərinin Çin üçün istehsal etdikləri maşınları gətirtməklə bağlı sifariş verirlər. Nəticədə, bir müddət sonra bu avtomobildə çıxan problemlə bağlı həmin qeyri-rəsmi şəbəkəyə üz tutduqda, məyus olurlar. Çünki bu şəbəkələr heç bir servis xidməti təklif etmir. “Ucuz ətin şorbası”na inanan belə vətəndaşlar artıq ölkədə böyük bir "avtomobil qəbiristanlığı"nın yaranmasına səbəb olur.

Bu halda ölkə iqtisadiyyatı, nəqliyyat infrastrukturu ilə yanaşı, rəsmi dilerlərə də böyük zərər dəyir. Qeyri-rəsmi şəbəkələr nəqliyyat vasitəsinin sadəcə satışını təşkil etdiyi üçün maksimum 3-4 vakansiya üzrə əməkdaşı olsa da, rəsmi dilerlərdə vəziyyət tamamilə fərqlidir. Belə ki, rəsmi dilerlər təkcə satış yox, eyni zamanda satılan avtomobillərin hər biri üçün servis xidməti təklif edir. Bu baxımdan, yüzlərlə əməkdaşı olan rəsmi dilerlər dövlətin əsas vergi ödəyicisi kimi iqtisadi dəstəkçisi hesab edilə bilər. Lakin qeyri-rəsmi şəbəkələrin təklif etdiyi “satış xidməti” manipulyasiya yolu ilə vətəndaşların cibinə girməklə yanaşı, rəsmi dilerlərə də zərər vurur. Belə şirkətlərdən biri də “Toyota”dır.

Məsələni daha detallı öyrənmək üçün üz tutduq “Toyota”nın ölkəmizdəki mərkəzlərindən birinə. Nəqliyyat eksperti Elməddin Muradlı “Toyota” Qafqaz Şirkətinin nümayəndəsi Sabir Kazımzadə ilə birlikdə mərkəzin ərazisini gəzərək sürücüləri narahat edən sualları səsləndirib:

- Avtomobil alarkən rəsmi dilerə müraciət edilir, maşın əldə eetdikdən sonra vətəndaşı nə gözləyir? Qeyri-rəsmi şəbəkələr vasitəsilə Azərbaycana “Toyota” modellərinin Çin versiyaları gətirilir. “Toyota” xaricdən ölkəmizə gətirilən hansı avtomobillərə zəmanət verir, hansılara yaxın durmur?

- Əgər vətəndaş avtomobili rəsmi dilerlərdən alırsa, bir sıra üstünlüklərə sahib olurlar. Ümumiyyətlə mərkəzin qapısından içəri daxil olan hər kəs “Toyota”nın qlobal standartları ilə üz-üzə qalır. Bütün proseslər “Toyota”nın qlobal sisteminə uyğun idarə edilir. Hansısa diler nəzərdə tutulan qlobal standartlardan kənara çıxa, dəyişiklik edə bilməz. Burada müştərilən qarşılanmasından başlayaraq avtomobilin təhvil verilməsinə qədər bütün addımlar yalnız stanrtlar daxilində atılır. Rəsmi dilerdən alınan avtomobillərə 10 il zəmanət təklif edilir. Digər regionlardan gətirilən avtomobillərə biz zəmanət təklif edə bilmirik. Çünki onların istismarı fərqli region üçün nəzərdə tutulub. Onların konfiqurasiyaları, ehtiyat hissələri fərqlidir və bizim regionumuza uyğunlaşmayan komplektasiyalara sahibdirlər.

- Bəzi “Toyota” modelləri var ki, onların üzrəində Çin dilində yazılar görürük. Bu avtomobillərə diqqətlə baxsaq, görünüşü xoşumuza gələ bilər, lakin müəyyən məqamlarda tərəddüd, problemlə qarşılaşa bilirik. Bu halda regionumuza uyğun olmayan nədir? Bu avtomobillərlə bağlı hansı problemlər yarana bilər?

- Sürücülərin əsasən diqqət etməli olduğu məsələ odur ki, Çin üçün istehsal edilən avtomobillər yalnız  bu ölkədə istismar edilmək üçün nəzərdə tutulub. Yəni, qayda olaraq, bu avtomobillər Çindən kənara çıxmamalıdır. Həmin avtomobillər Çinin nəqliyyat standartlarına uyğun olaraq istehsal edilir. Rəsmi dilerlərə gətirilən avtomobillər isə Avropa stanrtlarına uyğundur.

- Hibrid batareyalarının qiyməti hazırda neçədir?

- Hibrid batareyaları yüksək qiymətə malik avadanlıqlardır. “Toyota” şirkəti bu batareyalarda hansısa problem yaranmadan ömürlük işləməsini nəzərdə tutaraq istehsal edir. Ancaq təbii ki, rəsmi dilerlərdə xüsusi avadanlıq var ki, hibrid batareyaların işləməsini davamlı olaraq test edir. Hər dövri xidmət üçün gətirilən avtomobilin hibrid batareyasının bütün hissələri bu xüsusi avadanlıq vasitəsilə yoxlanılır. Bütün qeydlər kağız formatda bizə təqdim edilir. Yoxlamadan müsbət nəticə ilə keçməyən hissələrlə bağlı müəyyən addımlar atılır. Bütün texniki personalda yaranan problemi aradan qaldıra biləcək lazımı avadanlıq var. “Toyota” modellərinin Çin versiyalarını qeyd etdiyimiz xüsusi avadanlığın tanıma qabiliyyəti yoxdur. Qayda əsasən, modellərin Çin versiyaları bizim regionumuzda olmamalıdır. Ölkəmizə gətirilən avtomobillər Avropa regionunda istismar üçün nəzərdə tutulduğu üçün avadanlıq yalnız həmin avtomobilləri tanıyır.

- Burada “Nailiyyətlər” lövhəsi var. Hansı nailiyyətlərdən söhbət gedir?

- Burada bütün rəsmi dilerlər mərkəzlərində fəaliyyət göstərən bütün texniklər “Toyota”nın rəsmi sertifikasiyasından keçir. Sertifikatı olmayan texnik servisdə fəaliyyət göstərə bilməz. Lövhədə isə sertifikasiyadan keçən işçilərin kimlikləri, hansı proqramlar üzrə ixtisaslaşdırıldıqları qeyd edilir. Sertifikasiya müddəti başa çatan işçilər yenidən təlimlərdən müsbət nəticə ilə keçərsə, servisdə fəaliyyətə davam edə bilir.

- Hazırda “Toyota”nın servislərindən birindəyik. ərazisi çox genişdir. Qarşımızda lövhə var. Sabir bəy bizə iş prosesinə nəzarət lövhəsinin funksiyaları barədə məlumat verəcək. Nə baş verir? Bu elektron lövhə nə üçündür?

- “Toyota”nın servislərində bütün sistem avtomatlaşdırılıb. Vətəndaş avtomobillə servis yaxınlaşdığı zaman onu qarşılayan texniki işçi bu elektron lövhədə öz adını seçir. Əldə etdiyi QR kodu xüsusi cihaz vasitəsilə oxudur və “işə başlanma” seçiminə tıklayaraq rəsmi olaraq sistemdəki fəaliyyətə başlayır. Təmir zamanı hansısa problem yaranarsa elektron lövhədə prosesi dayandırır. Bütün sistem elektronlaşdırıldığı üçün həmin an digər işçilərə də yaranan problemlə əlaqədar bildiriş göndərilir. Burada işin nə vaxt başlanması, nə qədər müddət davam edib nə vaxt bitəcəyi ilə bağlı bütün hesablamalar aparılır. Əgər işlər nəzərdə tutulandan daha uzun müddətə bitərsə, texnikdən bunun izahatı istənir, hansısa səbəb olarsa, müzakirə edilir. Yaxud işçinin öz səhlənkarlığı səbəbilə hansısa gecikmə olarsa, o zamanda işçi ilə söhbət aparılır. Lövhədən də göründüyü kimi, servisdə gedən bütün iş prosesinə birbaşa nəzarət olunur.

- “Ekspress servis” bölməsinə yaxınlaşmışıq. Sabir bəy, burada hansı işlər görülür? Hansı funskiyaları var?

- Bu servis Azərbaycan servisləri arasında yeni təqdim etdiyimiz bir xidmətdir. Dövri texniki xidmətə müştəri avtomobilini gətirdiyi zaman məhz bu bölmədə avtomobilə 2 nəfər qulluq edir. Bir dövri xidmətin bitirlmə müddəti 40 dəqiqədirsə, 2 nəfərin işləməsi sayəsində bu bölmədə bir dövri xidməti 20-25 dəqiqəyə başa çatdırmaq olur. Müştəri istəyərsə, vaxta qənaət baxımdan, məhz bu bölmədə xidmət olduqca idealdır.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 06 Mart 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri