Toz içində boğulan Bakı: Gələcəkdə maska ilə gəzəcəyik | Icma.az
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avqustun son günlərindən etibarən, Bakıda və Abşeron yarımadasında yenidən tozlu hava şəraiti müşahidə olunub.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır.
O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub və meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.
Artıq Bakıda demək olar ki, hər il mütəmadi olaraq tozlu havaları müşahidə edirik.
Bu hal əvvəllər təəccüblü gəlsə də, paytaxtın küləyinə alışdığımız kimi tozuna da öyrəşirik.
Bəs, maraqlıdır, tozlu havanın artıq Bakı üçün xarakterik olduğunu deyə bilərikmi? Nizamsız tikintilər, idarəolunmayan daş karxanaları...
Ekoloq Qorxmaz İbrahimli deyir ki, transsərhəd toz kütlələrinin ölkəyə daxil olub-olmamasından asılı olmayaraq, Bakı ümumilikdə çirkli şəhərdir.
Tam oxu
Xəbəri oxu