Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Toz içində boğulan Bakı: Gələcəkdə maska ilə gəzəcəyik

Toz içində boğulan Bakı: Gələcəkdə maska ilə gəzəcəyik

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avqustun son günlərindən etibarən, Bakıda və Abşeron yarımadasında yenidən tozlu hava şəraiti müşahidə olunub. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, havada tozun miqdarı normadan 1.8-2 dəfə artıqdır. O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub və meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

Artıq Bakıda demək olar ki, hər il mütəmadi olaraq tozlu havaları müşahidə edirik. Bu hal əvvəllər təəccüblü gəlsə də, paytaxtın küləyinə alışdığımız kimi tozuna da öyrəşirik.

Bəs, maraqlıdır, tozlu havanın artıq Bakı üçün xarakterik olduğunu deyə bilərikmi?

Nizamsız tikintilər, idarəolunmayan daş karxanaları...

Ekoloq Qorxmaz İbrahimli deyir ki, transsərhəd toz kütlələrinin ölkəyə daxil olub-olmamasından asılı olmayaraq, Bakı ümumilikdə çirkli şəhərdir. Bunun əsas səbəblərindən biri şəhərin küləkli iqlimə malik olmasıdır: “Lakin problem təkcə küləklə bağlı deyil. Tikinti işlərinin nizamsız aparılması, daş mədənlərinin düzgün idarə olunmaması tozlanmanın miqdarını xeyli artırır. Badamdar dağlıq massivi də daxil olmaqla paytaxtın bir çox ərazilərində həm daş karxanaları fəaliyyət göstərir, həm də intensiv tikinti işləri aparılır. Ən kiçik külək belə şəhər daxilindəki bu amillərlə birləşərək toz dərəcəsini yüksəldir. Sadəcə olaraq, bəzi hallarda bu tozu hiss etmirik, amma orqanizmimiz onu qəbul edir”.

“Bu, avqust-sentyabr aylarında təkrarlanır”

Ekoloq bildirir ki, bundan əlavə, müşahidə olunan transsərhəd toz kütlələrinin bir hissəsi əsasən Cənub-Şərq küləkləri vasitəsilə Türküstan bölgəsinin səhralarından ölkə ərazisinə daxil olur. Bu hal hər il avqust-sentyabr aylarında təkrarlanır və artıq hava şəraitinin bir hissəsinə çevrilib. Toz kütlələri Xəzər dənizi üzərindən keçərkən qismən azalsa da, ən incə toz hissəcikləri Abşeron yarımadasına qədər çatır. Bu hal əsasən Bakı, Ələt, Salyan və digər Xəzərsahili ərazilərdə müşahidə olunur. Ölkənin digər regionlarına bu toz kütlələrinin çatmamasının səbəbi isə hissəciklərin məsafəni aşmaq üçün kifayət qədər dayanıqlı olmamasıdır”.

“Maska və qoruyucu eynəklərdən istifadə edilməlidir”

Mütəxəssis deyir ki, hazırda Bakıda davam edən tozlu hava mövsümi meteoroloji baxımdan gözləniləndir, lakin bu, onu təhlükəsiz etmir: “Havada tozun miqdarı normadan yüksəkdir və bu, xüsusilə ürək, tənəffüs yolları, bronxial və göz xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yaradır. Mütəxəssislər belə şəraitdə maska və qoruyucu eynəklərdən istifadəni tövsiyə edirlər. Lakin təəssüf ki, Bakının özü bu tozlu havadan qorunmaq üçün yetərli infrastruktur və mühafizə mexanizmlərinə malik deyil. Şəhərdə yaşıllıqların azlığı, tikinti işlərinin və daş karxanalarının çoxluğu fonunda bu kimi hallar daha da tez-tez baş verir”.

“Problemin kökü şəhərin özündədir”

Ekoloq vurğulayır ki, toz problemi təkcə transsərhəd deyil, Bakı özü toz mənbəyidir: “Biz illərdir deyirik ki, Bakı şəhəri bu qədər əhalini daşıya bilməz, şəhər boşaldılmalıdır. Azərbaycanın şəhərləşmə prosesi düzgün aparılmayıb, nəticədə ölkə əhalisinin yarıdan çoxu Bakı və Abşeron yarımadasında cəmləşib. Bu isə artıq ekoloji və sosial cəhətdən bir faciədir. Bu problemi həll etmək üçün dövlətin ciddi tədbirlər görməsi zəruridir. Transsərhəd toz kütlələri bir neçə günə çəkilə bilər, amma ölkə daxilində, xüsusən də Bakıda yaranan tozlanma davam edəcək. Sadəcə, şəhərin küçələrinə, məhəllələrə, aparılan tikintilərə baxmaq kifayətdir. İki-üç mərtəbəli binalar kütləvi şəkildə sökülür, külək əsəndə isə toz havaya qalxır. Bu, daimi və yerli toz mənbəyidir. Yəni təkcə transsərhəd hava axınlarını günahlandırmaqla məsələ bitmir, problemin böyük hissəsi şəhərin özündədir”.

Bakı üçün tipik meteoroloji hadisə

“Eko Monitorinq” Mərkəzinin direktoru Kənan Kərimli isə deyir ki, artıq tozlanmanı Bakı üçün müəyyən qədər tipik meteoroloji hadisə hesab etmək olar: “İqlim dəyişiklikləri, regionda səhralaşma meylləri və transsərhəd toz daşınmaları səbəbindən Bakı və Abşeron yarımadasında mütəmadi olaraq tozlu hava müşahidə olunur. Bu proses xüsusilə ilin isti mövsümündə daha qabarıq şəkildə özünü göstərir. Buna görə də artıq toz hadisələrini Bakı üçün müəyyən qədər tipik meteoroloji hadisə hesab etmək olar. Əgər əvvəllər bu cür toz epizodları ildə sadəcə bir neçə dəfə qeydə alınırdısa, hazırda onların sayı nəzərəçarpacaq dərəcədə artıb”.

“Toz havanın keyfiyyətini pisləşdirir”

Bakı şəhərinin coğrafi mövqeyinə gəlincə isə, mütəxəssis deyir ki, məlum olduğu kimi, şəhər dəniz səviyyəsindən aşağıda, Abşeron yarımadasının dar ərazisində yerləşir. Bu səbəbdən havada sirkulyasiya çətinləşir: “Şimal və cənub küləklərinin istiqamətindən asılı olaraq, toz burada yığılaraq uzun müddət qala bilir. Urbanizasiyanın intensivliyi, yəni yüksək tikinti sıxlığı, asfalt və beton örtüklərin çoxluğu, yaşıllıq sahələrinin isə nisbətən azlığı tozun çökməsinə və havada qalma müddətinin uzanmasına səbəb olur. Eyni zamanda, toz avtomobil emissiyaları ilə qarışaraq havanın keyfiyyətini daha da pisləşdirir”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Sentyabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri