Traktor böyükhesablı qələbə ilə yenidən liderliyə yüksəldi

03.01.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təbrizin "Traktor" klubu İran çempionatında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 15-ci turda "İstiqlal Xuzestan"la qarşılaşıb. Oyun "Traktor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Al-qurdlar"ın qollarını Mehdi Şiri (44) , Məhəmməd Nadiri (46) və Tomislav Strkalj (88) vurub.

"Traktor"un çempionluq uğrunda əsas rəqibi sayılan və bu tura qədər lider olan ""Sepahan" isə "İstiqlal"la oyunda xal itirib - 1:1.

Bu nəticədən sonra xallarını 32-ə çatdıran "Traktor" yenidən liderliyə yüksəlib. İkinci pillədə olan "Sepahan"ın da 32 xalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью