Traktor böyükhesablı qələbə ilə yenidən liderliyə yüksəldi
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Təbrizin "Traktor" klubu İran çempionatında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi 15-ci turda "İstiqlal Xuzestan"la qarşılaşıb. Oyun "Traktor"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Al-qurdlar"ın qollarını Mehdi Şiri (44) , Məhəmməd Nadiri (46) və Tomislav Strkalj (88) vurub.
"Traktor"un çempionluq uğrunda əsas rəqibi sayılan və bu tura qədər lider olan ""Sepahan" isə "İstiqlal"la oyunda xal itirib - 1:1.
Bu nəticədən sonra xallarını 32-ə çatdıran "Traktor" yenidən liderliyə yüksəlib. İkinci pillədə olan "Sepahan"ın da 32 xalı var.

“Traktor” liderliyə yüksəldi
10 Dekabr 2024 15:02
“Traktor”dan əzmkar qələbə: Liderliyə yüksəldi
10 Dekabr 2024 14:07
“Traktor” böyükhesablı qələbə QAZANDI
03 Yanvar 2025 21:29
“Traktor” yenidən zirvədə
07 Fevral 2025 00:31
“Traktor” yenə qələbə qazandı
07 Fevral 2025 11:37

