Traktor klubunun qapıçısı oyunda huşunu itirdi VİDEO

24.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın "Traktor" klubunun qapıçısı Parsə Cəfəri Asiya Çempionlar Liqasının Liqa mərhələsində BƏƏ-nin "Əl-Vasl" komandası ilə matçda huşunu itirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə jurnalist Xatəm Şiralizadə sosial şəbəkə hesabında məlumat yayıb.

Hadisə qarşılaşmanın ikinci hissəsinin sonlarında baş verib. 27 yaşlı qolkiper oyunu davam etdirə bilməyib və 88-ci dəqiqədə əvəzlənib.

Məlumata görə, Cəfəri paltardəyişmə otağında özünə gəlib. Daha sonra tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, noyabrın 23-də keçirilən görüş "Əl-Vasl"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb. 2026-cı ilin yayından "Traktor"da çıxış edən Cəfəri komandanın heyətində yeddi oyunda meydana çıxıb və üç matçda qapısını toxunulmaz saxlayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью