Traktor klubunun qapıçısı oyunda huşunu itirdi VİDEO
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın "Traktor" klubunun qapıçısı Parsə Cəfəri Asiya Çempionlar Liqasının Liqa mərhələsində BƏƏ-nin "Əl-Vasl" komandası ilə matçda huşunu itirib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə jurnalist Xatəm Şiralizadə sosial şəbəkə hesabında məlumat yayıb.
Hadisə qarşılaşmanın ikinci hissəsinin sonlarında baş verib. 27 yaşlı qolkiper oyunu davam etdirə bilməyib və 88-ci dəqiqədə əvəzlənib.
Məlumata görə, Cəfəri paltardəyişmə otağında özünə gəlib. Daha sonra tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, noyabrın 23-də keçirilən görüş "Əl-Vasl"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb. 2026-cı ilin yayından "Traktor"da çıxış edən Cəfəri komandanın heyətində yeddi oyunda meydana çıxıb və üç matçda qapısını toxunulmaz saxlayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Noyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















