Tramp 1 milyondan çox miqrantı deportasiya edəcək

17.12.2024

Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tramp ilk növbədə bir milyondan çox qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır. Bu barədə  Bloomberg xəbər agentliyi etibarlı mənbələrə istinadən məlumat verib. 

Söhbət ölkədə qalmaq üçün qanuni əsası olmayan, cinayət törədən və ya ölkədən çıxarılması ilə bağlı yekun qərarı olan şəxslərdən gedir.

Trampın komandası artıq Meksika və Salvadorla danışıqlar aparır ki, onlar seçilən prezidentin deportasiya etməyi planlaşdırdığı milyonlarla qeyri-qanuni miqrantın ən azından bir hissəsini qəbul etsinlər.

Rəsmi statistikaya görə, ABŞda qeyri-qanuni immiqrantların ümumi sayı 11 milyon nəfərdir. 

N.Təbrizli


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью