Tramp 1 milyondan çox miqrantı deportasiya edəcək
Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tramp ilk növbədə bir milyondan çox qeyri-qanuni miqrantı deportasiya etməyi planlaşdırır. Bu barədə Bloomberg xəbər agentliyi etibarlı mənbələrə istinadən məlumat verib.
Söhbət ölkədə qalmaq üçün qanuni əsası olmayan, cinayət törədən və ya ölkədən çıxarılması ilə bağlı yekun qərarı olan şəxslərdən gedir.
Trampın komandası artıq Meksika və Salvadorla danışıqlar aparır ki, onlar seçilən prezidentin deportasiya etməyi planlaşdırdığı milyonlarla qeyri-qanuni miqrantın ən azından bir hissəsini qəbul etsinlər.
Rəsmi statistikaya görə, ABŞda qeyri-qanuni immiqrantların ümumi sayı 11 milyon nəfərdir.
N.Təbrizli
www.anews.az

Tramp 500 min miqrantı deportasiya edəcək QƏRAR
30 May 2025 19:14
Tramp 1 milyon miqrantı ABŞ dan deportasiya etməyi planlaşdırır
14 Aprel 2025 20:25
Tramp nə qədər miqrantı deportasiya etmək istəyir?
13 Aprel 2025 01:44
ABŞ 270 mindən çox miqrantı deportasiya edib
20 Dekabr 2024 09:57

