Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2026-cı ildə iyirmilik qrupunun (G20) sammiti Florida ştatının Mayami şəhərində keçiriləcək.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Birləşmiş Ştatlar təxminən 20 ildən sonra ilk dəfə olaraq burada, Amerikada G20 sammitinə ev sahibliyi etməkdən şərəf duyur.
Ölkəmizin ən gözəl şəhərlərindən birində, gözəl Mayamidə, Floridada ev sahibliyi edəcəyik”, - deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.
ABŞ-ın Protokol rəhbəri səfir Monika Krouli sammitin gələn ilin dekabrında baş tutacağına aydınlıq gətirib.
Ağ Evin ev sahibindən Rusiyanı qarşıdakı sammitə dəvət etməyi planlaşdırıb-çalışdırmadığını da soruşublar. “Mən hələ bu barədə düşünməmişəm.
Maraqlı sualdır. Bu barədə düşünəcəm. Mən artıq Polşanı dəvət etmişəm”, - deyə Tramp cavab verib.