Icma.az
close
up
RU
Tramp: ABŞ 2026 cı ildə Mayamidə G20 sammitinə ev sahibliyi edəcək

Tramp: ABŞ 2026 cı ildə Mayamidə G20 sammitinə ev sahibliyi edəcək

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı ildə iyirmilik qrupunun (G20) sammiti Florida ştatının Mayami şəhərində keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Birləşmiş Ştatlar təxminən 20 ildən sonra ilk dəfə olaraq burada, Amerikada G20 sammitinə ev sahibliyi etməkdən şərəf duyur. Ölkəmizin ən gözəl şəhərlərindən birində, gözəl Mayamidə, Floridada ev sahibliyi edəcəyik”, - deyə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. ABŞ-ın Protokol rəhbəri səfir Monika Krouli sammitin gələn ilin dekabrında baş tutacağına aydınlıq gətirib.

Ağ Evin ev sahibindən Rusiyanı qarşıdakı sammitə dəvət etməyi planlaşdırıb-çalışdırmadığını da soruşublar. “Mən hələ bu barədə düşünməmişəm. Maraqlı sualdır. Bu barədə düşünəcəm. Mən artıq Polşanı dəvət etmişəm”, - deyə Tramp cavab verib.

Prezidentin sözlərinə görə, sammit onun qolf klubunun və Mayami yaxınlığındakı Doral şəhərindəki kurort-mehmanxana kompleksinin ərazisində keçiriləcək. “Bəli, Doralda olacaq. Hava limanına yaxındır, əla yerdədir, çox gözəldir. Bundan heç bir pul qazanmayacağıq. Sadəcə hər şeyin yaxşı olmasını istəyirəm”, - deyə o bildirib.

G20 7 aparıcı sənayeləşmiş ölkənin - Böyük Britaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Almaniya və Yaponiyanın maliyyə nazirlərinin təşəbbüsü ilə 1999-cu il dekabrın 15-16-da Berlində keçirilən konfransda yaradılıb. Onun yaradılmasında əsas məqsəd qlobal çağırışlara cavab olaraq tədbirlərin işlənib hazırlanması prosesinə böyük inkişaf etməkdə olan ölkələri cəlb etmək idi.

İyirmilik qrupunun üzvləri 19 ölkədir (təsisçi ölkələrlə yanaşı, bunlar Avstraliya, Argentina, Braziliya, Hindistan, İndoneziya, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika və Koreya Respublikasıdır), həmçinin Avropa İttifaqı və Afrika İttifaqıdır.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Sentyabr 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri