Tramp: ABŞ İrana milyardlarla dollar köçürüb

30.06.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident Donald Tramp ABŞ ordusunun İranın nüvə obyektlərinə zərbə endirdikdən sonra Tehran rəsmiləri ilə danışmadığını bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth" sosial şəbəkəsindəki hesabında yazıb.

O qeyd edib ki, Ağ Evin 44-cü rəhbəri Barak Obamadan fərqli olaraq onun Tehrana heç bir təklifi yoxdur.

"Mən İrana heç nə təklif etmirəm - Obamadan fərqli olaraq… Biz onların nüvə obyektlərini tamamilə məhv etdikdən sonra mən onlarla danışmamışam", - deyə yazıda qeyd olunub.

Tramp, həmçinin iddia edir ki, ABŞ İranla əvvəllər mövcud olan nüvə sazişi (JCPOA - Birgə Hərtərəfli Fəaliyyət Planı) çərçivəsində Tehrana milyardlarla dollar köçürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью