Tramp: ABŞ İrana milyardlarla dollar köçürüb
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident Donald Tramp ABŞ ordusunun İranın nüvə obyektlərinə zərbə endirdikdən sonra Tehran rəsmiləri ilə danışmadığını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth" sosial şəbəkəsindəki hesabında yazıb.
O qeyd edib ki, Ağ Evin 44-cü rəhbəri Barak Obamadan fərqli olaraq onun Tehrana heç bir təklifi yoxdur.
"Mən İrana heç nə təklif etmirəm - Obamadan fərqli olaraq… Biz onların nüvə obyektlərini tamamilə məhv etdikdən sonra mən onlarla danışmamışam", - deyə yazıda qeyd olunub.
Tramp, həmçinin iddia edir ki, ABŞ İranla əvvəllər mövcud olan nüvə sazişi (JCPOA - Birgə Hərtərəfli Fəaliyyət Planı) çərçivəsində Tehrana milyardlarla dollar köçürüb.

Milyardlarla dollar ABŞ yə axır Tramp
07 Avqust 2025 10:13
Tramp: ABŞ Ukraynaya yüz milyardlarla dollar xərcləyib
05 Mart 2025 10:13
Tramp tarifləri artırır, ABŞ hər gün milyardlarla dollar qazanır
10 Aprel 2025 21:35
Tramp ABŞ ın İrana zərbəsindən danışıb...
18 İyun 2025 19:48
Tramp: ABŞ İrana yenidən hücum edəcək
22 İyul 2025 10:35

