Tramp: ABŞ və Çin bəzi münahisəli ticarət məsələlərini həll edib

05.06.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ və Çin, ilk növbədə, Pekinin nadir torpaq elementlərinin tədarükü ilə bağlı bəzi ticarət məsələlərini həll edib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Si Cinpinlə telefon danışığından sonra bildirib.

“Düşünürəm ki, Çin və rəsmi Pekin ilə ticarət sövdələşməsi baxımından çox yaxşı vəziyyətdəyik. Bildiyiniz kimi, bizim Çinlə razılaşmamız (İsveçrədə imzalanmış ticarətlə bağlı – red.) var, lakin biz ilk növbədə nadir torpaq metalları və bəzi digər məsələlərlə bağlı bəzi məsələləri həll etmişik. Bu azaldılmış ticarət tarifləri qüvvədə qalır. Bizim razılaşmamız var”, - amerikalı lider Ağ Evdə Almaniya Kansleri Fridrix Mertslə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью