Tramp: ABŞ və Çin bəzi münahisəli ticarət məsələlərini həll edib
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ və Çin, ilk növbədə, Pekinin nadir torpaq elementlərinin tədarükü ilə bağlı bəzi ticarət məsələlərini həll edib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Si Cinpinlə telefon danışığından sonra bildirib.
“Düşünürəm ki, Çin və rəsmi Pekin ilə ticarət sövdələşməsi baxımından çox yaxşı vəziyyətdəyik. Bildiyiniz kimi, bizim Çinlə razılaşmamız (İsveçrədə imzalanmış ticarətlə bağlı – red.) var, lakin biz ilk növbədə nadir torpaq metalları və bəzi digər məsələlərlə bağlı bəzi məsələləri həll etmişik. Bu azaldılmış ticarət tarifləri qüvvədə qalır. Bizim razılaşmamız var”, - amerikalı lider Ağ Evdə Almaniya Kansleri Fridrix Mertslə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 05 İyun 2025 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















