Tramp Avropanı parçalayır? | Icma.az
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Ukraynanın nümayəndə heyəti Səudiyyə Ərəbistanına işgüzar səfər edib.
Heyət üzvləri yaxın günlərdə Prezident Volodimir Zelenskinin səfərinə hazırlıq üçün görüşlər keçirəcəklər.
Rusiya və ABŞ nümayəndə heyətlərinin bu axşam artıq Səudiyyə Ərəbistanına Ukrayna ilə bağlı danışıqlar üçün yola düşdükləri haqda məlumat yayılıb.
Bu danışıqlarda Ukraynanın iştirak etmədiyi bildirilsə də, səfərlərin üst-üstə düşməsi diqqət çəkib.
Çünki Zelenski də açıqlama verərək bildirib ki, Ukraynanın iştirak etmədəyi heç bir görüşün nəticəsini qəbul etməyəcək.
Proseslərdə üst-üstə düşən digər bir məqam isə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensın Avropaya qarşı sərt tənqidlər səsləndirməsidir.
O, Avropanı fikirlərə senzura qoymaqda və uğursuz miqrasiya siyasətində ittiham edib. Vensın çıxışı Avropada tənqid və təəccüblə qarşılanıb.
Almaniyalı və beynəlxalq ekspertlər bu çıxışı Avropanı bölməyə və sağçı populist qüvvələri dəstəkləməyə yönəlmiş bir addım kimi dəyərləndirirlər.
Tam oxu
Xəbəri oxu