Icma.az
close
up
RU
Tramp Avropanı parçalayır?

Tramp Avropanı parçalayır?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın nümayəndə heyəti Səudiyyə Ərəbistanına işgüzar səfər edib. Heyət üzvləri yaxın günlərdə Prezident Volodimir Zelenskinin səfərinə hazırlıq üçün görüşlər keçirəcəklər. Rusiya və ABŞ nümayəndə heyətlərinin bu axşam artıq Səudiyyə Ərəbistanına Ukrayna ilə bağlı danışıqlar üçün yola düşdükləri haqda məlumat yayılıb. Bu danışıqlarda Ukraynanın iştirak etmədiyi bildirilsə də, səfərlərin üst-üstə düşməsi diqqət çəkib. Çünki Zelenski də açıqlama verərək bildirib ki, Ukraynanın iştirak etmədəyi heç bir görüşün nəticəsini qəbul etməyəcək.

Proseslərdə üst-üstə düşən digər bir məqam isə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensın Avropaya qarşı sərt tənqidlər səsləndirməsidir. O, Avropanı fikirlərə senzura qoymaqda və uğursuz miqrasiya siyasətində ittiham edib. Vensın çıxışı Avropada tənqid və təəccüblə qarşılanıb. Almaniyalı və beynəlxalq ekspertlər bu çıxışı Avropanı bölməyə və sağçı populist qüvvələri dəstəkləməyə yönəlmiş bir addım kimi dəyərləndirirlər. Tramp isə vitse-prezidentinin fikirlərini müdafiə edərək Avropada söz azadlığının təhlükə altında olduğunu iddia edib. Üstəlik, ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın vəzifəyə gəldikdən sonra 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləməsi bu məsələni daha da aktuallaşdırıb.

Tramp Administrasiyası Ukraynanın taleyini avropalı tərəfdaşları, hətta özü olmadan həll edirsə, Avropanın mövcud hakimiyyətləri tənqid edilirsə, Avropa İttifaqına (Aİ) qarşı birmənalı olmayan münasibət sərgilənirsə, bu, Avropanın parçalanması anlamına gəlir? Bu situasiyada məqsəd nədir?

Oxu.Az mövzunu yerli və xarici ekspertlərlə araşdırıb.

Rusiyalı politoloq Boqdan Bezpalkonun sözlərinə görə, hazırda Rusiya və ABŞ arasında nüfuz dairələrinin bölüşdürülməsi prosesi gedir:

"Lakin bu nüfuz dairələri hansılardır və ya Ukraynaya bunun hansı təsirləri olacaq, ölkənin mümkün taleyi, parçalanması - bu prosesin hansı formatda olacağını konkret demək çətindir. Hələlik dialoq və Zelenskiyə təzyiq göstərmək imkanlarının necə təsir edəcəyi yoxlanılır. Çünki Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə hər hansı formada danışıqlar aparmaq niyyətində deyil. Ona görə də indi tərəflər arasında mümkün dialoq və güzəştlərlə bağlı yoxlama aparılır".

Ukraynalı politoloq Aleksandr Kovalenko isə hesab edir ki, Donald Tramp biznesmendir və siyasətini də siyasətçi deyil, biznesmen kimi aparır:

"Buna görə də, əgər o, Ukraynanın qələbə qazanmasına kömək edəcəksə, bunun müqabilində müəyyən bir mənfəət əldə etməyə çalışacaq. Bu baxımdan, indi nəbz yoxlaması gedir".

Siyasi şərhçi Zeynal Əmrəliyev isə hesab edir ki, Ukrayna prezidenti hazırda Aİ-dən istənilən dəstəyi ala bilmir:

"Onun istəyi ittifaqın tam şəkildə ona dəstək olmasıdır. Ancaq bu, alınan məsələ deyil. Çünki Macarıstan və Serbiya kimi ölkələr Rusiya ilə yaxın müttəfiqdirlər. Ukrayna eyni zamanda, Çindən də dəstək gözləyir. Son zamanlar Pekinlə Kiyev arasında əlaqələr yüksək xətlə inkişaf edir. Ancaq yenə də Çin Rusiyanı itirmək istəmir. Buna görə də çox dəstək verməkdən imtina edir. Ona görə də Kiyevin əsas hədəfi hazırda məhz Zelenskinin səfər etdiyi üç ölkə - Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Türkiyədir".

"BƏƏ ərəb dünyasının lider dövlətidir. Güclü maliyyə qaynaqları var. Ukraynaya həm maddi, həm diplomatik baxımından böyük xeyri dəyə bilər. Səudiyyə Ərəbistanı görüş üçün ev sahibi ölkə kimi mühüm əhəmiyyət kəsb edir. Ər-Riyadın Ukraynanı dəstəkləməsi Kiyev üçün əhəmiyyətlidir. Türkiyə də regionun aparıcı ölkəsidir. Prezident Rəcəb Tayyib Ərdoğanın həm ABŞ-yə, həm də Rusiyaya təsir imkanları güclüdür. Münhen Təhlükəsizlik Konfransında ABŞ vitse-prezidentinin səsləndirdiyi fikirlər ümumi Qərb həmrəyliyinin pozulması kimi xarakterizə oluna bilər. Aİ ya müstəqil güc mərkəzi kimi meydana çıxacaq, ya da ABŞ qarşısında geri çəkiləcək. Ukraynada münaqişənin necə başa çatması bu baxımından önəmlidir. Əgər Aİ olmadan Rusiya və ABŞ öz aralarında məsələni həll etsələr, bu, birliyin nüfuzuna çox mənfi təsir göstərəcək", - deyə şərhçi əlavə edib.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov isə bildirib ki, Donald Tramp Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq ilk dəfə Avropanı bu prosesdən kənar vəziyyətdə saxlayıb, avropalı liderlərə heç bir məlumat vermədən, onların razılığını almadan Rusiya lideri ilə real təmaslar qurur:

"Bu, Trampın seçkidən əvvəl verdiyi vədlərinə uyğun addım atmasından xəbər verir. Hətta Münhen Təhlükəsizlik Konfransı tarixində ilk dəfə Amerika Birləşmiş Ştatları ilə Avropa arasında bütün mövzularda, eləcə də Rusiya-Ukrayna məsələsində ciddi fikir ayrılığı yarandı. Amerika Birləşmiş Ştatlarını orada təmsil edən yeni vitse-prezident Ceymis Devid Vens açıq şəkildə ABŞ-nin Avropaya olan tənqidi yanaşmasını dilə gətirdi. Bununla bir daha sübut olundu ki, Amerika Birləşmiş Ştatları Avropa ilə birgə hərəkət etmək istəmir".

"Əslində, bu, başqa bir məsələdən də xəbər verir ki, Amerika Birləşmiş Ştatları hazırki mərhələdə dünyanın yenidən bölüşdürülməsi siyasətinin tərəfdarıdır və bu prosesdə özünə şərik axtarmır, hətta ənənəvi müttəfiqi olan Avropanı belə. Birləşmiş Ştatlarının bu yanaşması Avropada parçalanmaya gətirib çıxara bilər. Çünki dünyanın ən ciddi şəkildə təşkilatlanmış regionu olan Avropa məhz Amerika Birləşmiş Ştatlarının iştirakı ilə birləşmişdi. Amma indi əgər ABŞ öz çətini Avropanın üzərindən çəkirsə, o halda orada yüzilliklər boyu bir-birlərinə qarşı ərazi iddialarında olan Fransa, Almaniya və bir sıra digər dövlətlər artıq maraqların uzlaşdığı deyil, toqquşduğu bir mərhələdə olacaq. Bu isə qlobal dəyişikliklərdən xəbər verir", - şərhçi fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Fevral 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri