Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır | Icma.az
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizində İranın Cabahar limanı əhəmiyyətli yerdə dayanır.
Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır.
Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub.
Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan şahinoğlu qeyd edib.
O bildirib ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Çabahar limanını işlədilməsinin qarşısını almağa çalışır: “Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır.
Dehli Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu.
Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu, ABŞ-ın da maraqlarına cavab verirdi.
Tam oxu
Xəbəri oxu