Icma.az
close
up
RU
Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Tramp Bakının da iştirakçısı olduğu dəhlizi bloklayır

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizində İranın Cabahar limanı əhəmiyyətli yerdə dayanır. Liman İranın Hind okeanına çıxışını təmin edir. Beynəlxalq yüklər hər iki istiqamətdə məhz bu liman vasitəsilə daşınmalıdır. Hindistan ilkin mərhələdə bu limanın yenidən qurulmasına 24 milyon dollar yatırım qoyub. Limanın yenidən qurulmasının ümumi dəyəri isə 370 milyon dollardır.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ Prezidenti Donald Tramp və onun administrasiyası Çabahar limanını işlədilməsinin qarşısını almağa çalışır:

“Trampın fevralın 6-da imzaladığı milli təhlükəsizlik memorandumuna görə, İranın maliyyə imkanları, o cümlədən dünya bazarlarına neft satışı məhdudlaşdırılmalıdır. Dehli Co Baydenin prezidentliyi dövründə ABŞ-ın Çabahar limanının işlədilməsi ilə bağlı sanksiya qərarının ləğvinə nail olmuşdu. Çünki bu liman vasitəsilə Əfqanıstana humanitar yardımlar daşınır və bu, ABŞ-ın da maraqlarına cavab verirdi. Həmin dövrdə ABŞ silahlı qüvvələri hələ Əfqanıstan ərazisində idi. İndi isə Vaşinqtonu Əfqanıstana humanitar yardımın daşınması maraqlandırmır. Əgər Tramp administrasiyası bu limana yaxınlaşan gəmiləri sanksiya siyahısına əlavə edərsə, bu Hindistanın limanın işlədilməsiylə bağlı strateji və maliyyə maraqlarına zərbə olacaq. Bu vəziyyətin “Şimal-Cənub” nəqliyyat dəhlizinə də mənfi təsiri olacaq. Ümumiyyətlə, Tramp administrasiyası İrana qarşı sanksiyaları sərtləşərsə, bununla digər dövlətlər hesablaşmalı olacaqlar. Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin tam gücü ilə işlədilməsi üçün Rəşt-Astara dəmir yolunun tikintisini maliyyələşdirməlidir. Ancaq ABŞ sanksiyalarına görə müxtəlif dövlətlər İran üzərindən yük daşımalar həyata keçirməyəcəkləri halda dəmir yolunun əhəmiyyəti azalacaq. Təsadüfi deyil ki, illərdir Rəşt-Astara dəmir yolu barədə danışılsa da, tikinti hələ başlamayıb.

Hindistanın Baş naziri Narendra Modinin Ağ Evdə Donald Trampla müzakirə edəcəyi başqa mövzular da var. Hindistan ABŞ-dan qırıcı təyyarələr və pilotsuz uçuş aparatları almaq istəyir. Tramp qazanc gətirən mövzulara maraq göstərir və ölkəsinin Hindistana hərbi texnikanın satışının əleyhinə olmayacaq. Tramp ölkəsinin Hindistandan aldığı məhsullar qədər bu ölkəyə satışı da artırmaq istəyir. Bu Trampın siyasətində ana istiqamətdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri