Tramp Baydeni məsxərəyə qoydu

02.10.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin amerikalı jurnalistlərlə ünsiyyətdə zəif olduğunu bildirib.

“Yuxulu Co Bayden səhv bir şey desəydi, onlar (reportyorlar) heç narahat olmazdılar. Amma ona çətin suallar vermədilər. Ondan neçə dəfə ən sevdiyi dondurmanın nə olduğunu soruşdular? Bu, ən çətin sual idi”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Tramp Texasda keçirilən mitinqdə belə deyib.

Daha sonra Amerika Prezidenti  sələfinin kağızdan oxuyub jurnalistləri çağırdığını və onları gözdən qaçırmasını təqlid edib .

“Əgər ölkəmiz Co, Kamala (Trampın seçki rəqibi Kamala Harris-red.) və ya Obama (keçmiş prezident Barak Obama-red.) ilə əziyyət çəkməli olsaydı, mən o seçkilərdə qalib gəlməsəydim, biz o seçkilərdə qalib gəlməsəydik, artıq ölkəmiz olmazdı”

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью