Tramp Baydeni məsxərəyə qoydu
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin amerikalı jurnalistlərlə ünsiyyətdə zəif olduğunu bildirib.
“Yuxulu Co Bayden səhv bir şey desəydi, onlar (reportyorlar) heç narahat olmazdılar. Amma ona çətin suallar vermədilər. Ondan neçə dəfə ən sevdiyi dondurmanın nə olduğunu soruşdular? Bu, ən çətin sual idi”.
“Cebheinfo.az”-ın məlumatına görə, Tramp Texasda keçirilən mitinqdə belə deyib.
Daha sonra Amerika Prezidenti sələfinin kağızdan oxuyub jurnalistləri çağırdığını və onları gözdən qaçırmasını təqlid edib .
“Əgər ölkəmiz Co, Kamala (Trampın seçki rəqibi Kamala Harris-red.) və ya Obama (keçmiş prezident Barak Obama-red.) ilə əziyyət çəkməli olsaydı, mən o seçkilərdə qalib gəlməsəydim, biz o seçkilərdə qalib gəlməsəydik, artıq ölkəmiz olmazdı”
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:45
Bu xəbər 02 Oktyabr 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















