Tramp bir neçə ölkəyə əlavə gömrük rüsumu tətbiq edəcəyini deyir | Icma.az
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsini qəbul etdikdən sonra ölkəsinə Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gətirilənlərə isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini elan edib.
SİA xəbər verir ki, Tramp sosial media platforması “Truth Social”da sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə əsasən fentanil olmaqla narkotik maddələrin gəlişini dayandırmaq məqsədilə Meksika, Kanada və Çinə tətbiq edəcəyi tariflərlə bağlı məlumat verib.
Meksika və Kanada üzərindən keçərək daha əvvəl görülməmiş səviyyələrdə narkotik maddə gətirən minlərlə cinayətkar insanın olduğunu vurğulayan Tramp Meksikadan gələn və minlərlə insandan ibarət olan bir karvanın hazırda açıq olan ABŞ sərhədindən keçmək istəyinin dayandırıla bilməz göründüyünü bildirib.
O, "20 yanvarda ilk fərmanlarımdan biri kimi Meksika və Kanadadan ABŞ-a gələn bütün məhsullara və absurd açıq sərhədlərinə 25 faizlik tarif tətbiq etmək üçün bütün zəruri sənədləri imzalayacağam.
Bu tarif əsasən fentanil olmaqla narkotik maddələr və bütün qanunsuz xaricilərin ölkəmizə axını dayanmayana qədər qüvvədə qalacaqdır" ifadələrini işlədib.
Meksika və Kanadanın uzun müddətdir davam edən bu problemi asanlıqla həll etmək üçün tam hüquq və səlahiyyətə malik olduğunu bildirən yeni prezident "Onlardan bu gücü istifadə etmələrini tələb edirik.
Əks halda çox böyük bir qarşılıq ödəməklərinin vaxtı gəlib çatmışdır" deyə əlavə edib.
Tam oxu
Xəbəri oxu