Icma.az
close
up
RU
Tramp bir neçə ölkəyə əlavə gömrük rüsumu tətbiq edəcəyini deyir

Tramp bir neçə ölkəyə əlavə gömrük rüsumu tətbiq edəcəyini deyir

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsini qəbul etdikdən sonra ölkəsinə Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gətirilənlərə isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini elan edib.

SİA xəbər verir ki, Tramp sosial media platforması “Truth Social”da sərhəd təhlükəsizliyini təmin etmək və ölkəyə əsasən fentanil olmaqla narkotik maddələrin gəlişini dayandırmaq məqsədilə Meksika, Kanada və Çinə tətbiq edəcəyi tariflərlə bağlı məlumat verib.

Meksika və Kanada üzərindən keçərək daha əvvəl görülməmiş səviyyələrdə narkotik maddə gətirən minlərlə cinayətkar insanın olduğunu vurğulayan Tramp Meksikadan gələn və minlərlə insandan ibarət olan bir karvanın hazırda açıq olan ABŞ sərhədindən keçmək istəyinin dayandırıla bilməz göründüyünü bildirib.

O, "20 yanvarda ilk fərmanlarımdan biri kimi Meksika və Kanadadan ABŞ-a gələn bütün məhsullara və absurd açıq sərhədlərinə 25 faizlik tarif tətbiq etmək üçün bütün zəruri sənədləri imzalayacağam. Bu tarif əsasən fentanil olmaqla narkotik maddələr və bütün qanunsuz xaricilərin ölkəmizə axını dayanmayana qədər qüvvədə qalacaqdır" ifadələrini işlədib.

Meksika və Kanadanın uzun müddətdir davam edən bu problemi asanlıqla həll etmək üçün tam hüquq və səlahiyyətə malik olduğunu bildirən yeni prezident "Onlardan bu gücü istifadə etmələrini tələb edirik. Əks halda çox böyük bir qarşılıq ödəməklərinin vaxtı gəlib çatmışdır" deyə əlavə edib.

Donald Tramp Çinlə, əsasən fentanil olmaqla, ABŞ-a göndərilən böyük miqdarda narkotik maddələr haqqında bir çox müzakirələr apardığını bildirərək deyib: "Çin nümayəndələri mənə bu işi görərkən tutulan narkotik satıcılarına ən ağır cəzanı, yəni ölüm cəzasını tətbiq edəcəklərini dedilər. Amma təəssüf ki, bunu heç vaxt etmədilər və narkotik maddələr əksər hallarda Meksika üzərindən daha əvvəl görünməmiş səviyyələrdə ölkəmizə gəlir. Bunu dayandırana qədər Çin məhsullarına tariflərə əlavə olaraq 10 faiz gömrük rüsumu tətbiq edəcəyik."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:265
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri