Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın Kiyevlə bağlı sərt açıqlamaları, o cümlədən Rusiya ilə münasibətləri normallaşdırma cəhdləri diqqət çəkir.
Ağ Ev rəhbərinin addımları Ukraynanın Rusiyaya güzəştə gedilməsi kimi dəyərləndirilir.
Trampın ən qısa zamanda müharibəni bitirmək və Rusiya Prezidenti Vladimir Putinlə razılaşmağa çalışmasının arxasında başqa məsələnin dayandığı deyilir.
Onun Ukrayna münaqişəsinin Kremlin məqsədlərinə uyğun şəkildə bitirilməsi mübaqilində Putindən başqa bir şey isətəyəcəyi iddia olunur.
Tramp Ukrayna ərazilərinin güzəştə gedilməsi qarşılığında Kremllə hansı istiqamətdə razılıq əldə etməyə çalışır?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Donald Tramp heç bir ifadəni təsadüfən səsləndirmir.
“Onun hər bir açıqlaması konkret hədəflərə hesablanıb. İstər inaqurasiya mərasimində, istərsə də konqresdə çıxışı da məhz bu qəbildəndir.