Icma.az
close
up
RU
Tramp “böyük çöküşü” başlatdı: Ukraynanın əvəzində Kremldən istədiyi budur

Tramp “böyük çöküşü” başlatdı: Ukraynanın əvəzində Kremldən istədiyi budur

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın Kiyevlə bağlı sərt açıqlamaları, o cümlədən Rusiya ilə münasibətləri normallaşdırma cəhdləri diqqət çəkir. Ağ Ev rəhbərinin addımları Ukraynanın Rusiyaya güzəştə gedilməsi kimi dəyərləndirilir.

Trampın ən qısa zamanda müharibəni bitirmək və Rusiya Prezidenti Vladimir Putinlə razılaşmağa çalışmasının arxasında başqa məsələnin dayandığı deyilir. Onun Ukrayna münaqişəsinin Kremlin məqsədlərinə uyğun şəkildə bitirilməsi mübaqilində Putindən başqa bir şey isətəyəcəyi iddia olunur.

Tramp Ukrayna ərazilərinin güzəştə gedilməsi qarşılığında Kremllə hansı istiqamətdə razılıq əldə etməyə çalışır?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Donald Tramp heç bir ifadəni təsadüfən səsləndirmir.

“Onun hər bir açıqlaması konkret hədəflərə hesablanıb. İstər inaqurasiya mərasimində, istərsə də konqresdə çıxışı da məhz bu qəbildəndir. Trampın Fransa Prezidenti Emmanuel Makronun timsalında Avropa İttitfaqı, eyni zamanda Zelenskiyə təzyiqlərinin kökündə ciddi proses dayanır.

Bu gün Tramp administrasiyasının üzərinə qoyulan vəzifə dünyada köklü dəyişimi həyata keçirmək və ABŞ başda olmaqla, milli dövlətləri həlledici gücə çevirməkdir. Bunu anlamayanda isə Trampın atdığı addımlarla bağlı həqiqətə yaxın olmayan şərhlər önə çıxır. Tutaq ki, USAİD, BMT, Ümumdünya Səhiyyə Təşkilatı və s. kimi təşkilatlarla bağlı addımlar anlaşılmaz görünsə də, əslində bu, dünyanı dəyişəcək prosesin başlanğıcıdır.

Yəni Trampın vəzifəsi BMT, ÜST, Bilderberq klubu və s. belə yüzlərlə mondialist təşkilatları, daha sonra onların arxasında olan və 100 il ərzində dünya nizamını formalaşdıran və idarə edən Beynəlxalq Hesablaşmalar Bankı, BVF, FED və digər qlobal maliyyə sisteminin dünya hakimiyyətinə son qoymaqdır. Ona görə də ilkin mərhələdə biz, törəmə mondialist təşkilatların sıradan çıxarılma prosesini müşahidə edirik. Ümumiyyətlə, qlobal maliyyə sistemi haqqında müəyyən qədər təsəvvürə malik olmadan Trampı anlamaq çox çətindir”.


Əli Zülfüqaroğlu

Ə.Zülfüqaroğlu əlavə edib ki, bu gün ABŞ hökuməti üçün prioritet istiqamət öncə dövləti əsarətdən qurtarmaqdır:

“Yəni ABŞ-ın keçmiş prezidenti Con Kennedinin etmək istədiyini həyata keçirməkdir. İlk növbədə FED-in ABŞ-ın idarəçilik sistemindəki hökmranlığına son qoymaqla, FED-i formalaşdıran banklar və eyni zamanda qlobal şirkətlərlə aparılan savaş Tramp administrasiyasının əsas hədəfidir.

Həmin gücün, yəni qlobal sərmayənin ABŞ mərkəzli törəmə şirkətləri bu gün Çini dünyanın sənaye mərkəzinə çevirib. Çinin ABŞ-a ixracı təqribən 600 milyard dollar olduğu halda, ABŞ-ın Çinə ixracatı 200 milyard dollara çatmır”.

Siyasi şərhçi vurğulayıb ki, Trampın başlatdığı proses çərçivəsində Çinlə iqtisadi mübarizə prioritet olacaq:

“Ona görə də ABŞ müharibələrə girməməyə və Rusiya ilə münasibətləri normallaşdırmaqla Çinlə mübarizə üçün əlverişli zəmin yaratmağa çalışacaq. Ukrayna mövzusunda Rusiyaya edilən jestlərin arxasında da məhz bu amil dayanır. Çünki Trampı öncə ABŞ-ın daxilində ciddi təzyiq və təhdidlər gözləyir. Trampın konqresdə etdiyi çıxışdan öncə hər şeyi açıqlayacağı ilə bağlı ifadəsi də konkret təhdid mesajı idi:

Yəni əgər hökumətə qarşı qeyri-adekvat münasibət olarsa, bütün sirləri aça biləcəyinin mesajını verir. Bu o deməkdir ki, indiyə qədər dünyanın idarə olunması ilə bağlı sirlər və beynəlxalq cinayətlər dünya ictimaiyyətinə çatdırılarsa, bu, dünya dövlətləri və ictimaiyyəti arasında xaotik duruma səbəb ola bilər. Təbii ki, Tramp bunu öncə mondialist təşkilatlara qarşı mübarizə ilə həyata keçirməklə tədricən aparmaq və mondializmi mərhlələli şəkildə çökdürmək niyyətindədir. Bunun üçün isə Trampa bir sıra dövlətlərin də ciddi dəstəyi lazımdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Mart 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri