Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Madridin müdafiə xərclərini NATO-nun tələb etdiyi səviyyəyə – ÜDM-in 5 faizinə qədər artırmaqdan imtina etməsinə görə İspaniyanın alyansdan çıxarılmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Tramp bildirib:
“Bizim bir geridə qalan ölkəmiz var idi – Onlardan biri də İspaniyadır. Bəlkə də, açığını desəm, onları NATO-dan qovmaq lazımdır”.
Qeyd edək ki, Tramp uzun müddətdir NATO üzvlərini müdafiə xərclərini artırmamaqda tənqid edir və ABŞ-ın ittifaq daxilində əsas maliyyə yükünü daşıdığını vurğulayır.
Tahir Turan
Globalinfo.az