Tramp bu Avropa ölkəsini NATO dan çıxarmaq istəyir
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Madridin müdafiə xərclərini NATO-nun tələb etdiyi səviyyəyə – ÜDM-in 5 faizinə qədər artırmaqdan imtina etməsinə görə İspaniyanın alyansdan çıxarılmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Tramp bildirib:
“Bizim bir geridə qalan ölkəmiz var idi – Onlardan biri də İspaniyadır. Bəlkə də, açığını desəm, onları NATO-dan qovmaq lazımdır”.
Qeyd edək ki, Tramp uzun müddətdir NATO üzvlərini müdafiə xərclərini artırmamaqda tənqid edir və ABŞ-ın ittifaq daxilində əsas maliyyə yükünü daşıdığını vurğulayır.
Tahir Turan
Globalinfo.az

Tramp Avropanın bu ölkəsini işğal etmək istəyir
23 Dekabr 2024 14:39
Onları NATO dan çıxarmaq lazımdır
10 Oktyabr 2025 01:41
Tramp onu işdən çıxarmaq istəyir
16 İyul 2025 21:05
Tramp: Ödəniş etməyən heç bir NATO ölkəsini qorumayacağıq
07 Mart 2025 08:52
NATO bu Avropa ölkəsini işğal etməyə hazırlaşır: Rusiyadan sensasion xəbər
28 Sentyabr 2025 19:07

