Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır. "Çin Birləşmiş Ştatlarla ticarət müqaviləsi bağlamaq istəyir".
Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı paytaxtda Respublikaçıların Milli Komitəsi üçün maliyyə toplama tədbirində çıxış edərkən buna əminliyini ifadə edib.
O vurğulayıb ki, Pekin ABŞ-la “ticarət müqaviləsi bağlayana qədər” Vaşinqton Çin məhsullarına 104% rüsum tətbiq edəcək. "Bu olacaq.
Düşünürəm ki, nə vaxtsa onlar müqavilə bağlayacaqlar. Çin müqavilə bağlayacaq. Onlar müqavilə bağlamaq istəyirlər.
Onlar bunu həqiqətən istəyirlər. Sadəcə qürurlu insanlar olduqları üçün buna necə başlayacaqlarını bilmirlər", - deyə dövlət başçısı bildiri
Tramp qeyd edib ki, ABŞ administrasiyası artıq Çin məhsullarına 104% gömrük rüsumları tətbiq edir.
"Onlar (ölkələr) onlara qarşı tariflər istəmirlər. Bu, çox sadədir: biz sövdələşmələr edirik və insanlar tarifləri ödəyirlər.
Hazırda ölkələr Amerika tariflərini ödəyir - Çin 104% ödəyir.