Icma.az
close
up
RU
Tramp Çinin ABŞ la ticarət müqaviləsi bağlayacağını bildirib

Tramp Çinin ABŞ la ticarət müqaviləsi bağlayacağını bildirib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

"Çin Birləşmiş Ştatlarla ticarət müqaviləsi bağlamaq istəyir".

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı paytaxtda Respublikaçıların Milli Komitəsi üçün maliyyə toplama tədbirində çıxış edərkən buna əminliyini ifadə edib.

O vurğulayıb ki, Pekin ABŞ-la “ticarət müqaviləsi bağlayana qədər” Vaşinqton Çin məhsullarına 104% rüsum tətbiq edəcək. "Bu olacaq. Düşünürəm ki, nə vaxtsa onlar müqavilə bağlayacaqlar. Çin müqavilə bağlayacaq. Onlar müqavilə bağlamaq istəyirlər. Onlar bunu həqiqətən istəyirlər. Sadəcə qürurlu insanlar olduqları üçün buna necə başlayacaqlarını bilmirlər", - deyə dövlət başçısı bildirib.

Tramp qeyd edib ki, ABŞ administrasiyası artıq Çin məhsullarına 104% gömrük rüsumları tətbiq edir. "Onlar (ölkələr) onlara qarşı tariflər istəmirlər. Bu, çox sadədir: biz sövdələşmələr edirik və insanlar tarifləri ödəyirlər. Hazırda ölkələr Amerika tariflərini ödəyir - Çin 104% ödəyir. Fikir verin, 104% - gülməli səslənir, amma bizdən çox şeyə görə haqq alırlar: 100%, 125%. Bir çox ölkələr bizdən uzaqlaşdı, amma indi onları soymaq bizim növbəmizdir”, - deyə ABŞ lideri vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Çin Amerika tariflərinin təsirini yumşaltmaq üçün valyuta ilə manipulyasiya edir. "Biz onlara kredit verməliyik. Bu gün onlar tariflərin təsirini kompensasiya etmək üçün öz valyutalarını manipulyasiya edirlər", - deyə Tramp qeyd edib.

O, həmçinin bildirib ki, Tayvanın yarımkeçirici istehsalçısı "Taiwan Semiconductor Manufacturing Company" (TSMC) öz zavodunu ABŞ-da inşa etməsə, 100% vergi ödəməli olacaq.

Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. 10%-lik universal tariflər aprelin 5-dən qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-dan qüvvəyə minəcək. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% gömrük rüsumları tətbiq edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 07:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri