Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp “doğum turizmi” ilə mübarizə aparmaq məqsədi daşıyan sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, “doğum turizmi” ABŞ vətəndaşı olacaq bir uşağı dünyaya gətirmək üçün ABŞ-yə səyahət etməyi nəzərdə tutur.
Ağ Evdə çıxış edən Tramp illərdir yüz minlərlə xarici vətəndaşın ABŞ Konstitusiyasının ABŞ ərazisində doğulan uşaqlara vətəndaşlıq verən müddəalarından sui-istifadə etdiyini bildirib.
“Bu, böyük bir biznesə çevrilib və biz buna son qoymaq niyyətindəyik”, - deyə Amerika lideri qeyd edib.
Tramp yeni sərəncamın təfərrüatlarını açıqlamayıb. Ancaq məlumdur ki, bu, əslində yalnız doğuş üçün gələn əcnəbilərin turizm adı altında ABŞ-yə giriş üçün müraciət etməsinin qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Dövlət Departamenti “doğum turizmi” şəbəkələrinə qarşı mübarizəni gücləndirəcəyini açıqlamışdı.