Tramp “doğum turizmi”ni qadağan etdi
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp “doğum turizmi” ilə mübarizə aparmaq məqsədi daşıyan sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, “doğum turizmi” ABŞ vətəndaşı olacaq bir uşağı dünyaya gətirmək üçün ABŞ-yə səyahət etməyi nəzərdə tutur.
Ağ Evdə çıxış edən Tramp illərdir yüz minlərlə xarici vətəndaşın ABŞ Konstitusiyasının ABŞ ərazisində doğulan uşaqlara vətəndaşlıq verən müddəalarından sui-istifadə etdiyini bildirib.
“Bu, böyük bir biznesə çevrilib və biz buna son qoymaq niyyətindəyik”, - deyə Amerika lideri qeyd edib.
Tramp yeni sərəncamın təfərrüatlarını açıqlamayıb. Ancaq məlumdur ki, bu, əslində yalnız doğuş üçün gələn əcnəbilərin turizm adı altında ABŞ-yə giriş üçün müraciət etməsinin qarşısını almaq məqsədi daşıyır.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Dövlət Departamenti “doğum turizmi” şəbəkələrinə qarşı mübarizəni gücləndirəcəyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı
07 Avqust 2026 01:28
Argentina ruslar üçün doğum turizmi ni dayandırdı
13 Sentyabr 2025 17:20
Tramp doğumla vətəndaşlığın məhdudlaşdırılması və “doğum turizmi”nin qadağan edilməsi barədə fərmanlar imzalayıb
07 Avqust 2026 11:34
ABŞ də doğum turizmi nə qadağa: Tramp fərman imzaladı
07 Avqust 2026 12:24
Tramp “doğum turizmi” ilə mübarizə aparmaq üçün fərman imzalayıb
07 Avqust 2026 14:41
Baxış sayı:31
Bu xəbər 07 Avqust 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















