Tramp dünya liderlərinin şəxsi yazışmalarını yaydı | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Truth Social hesabı vasitəsilə Fransanın Prezidenti Emmanuel Makron və NATO Baş Katibi Mark Ruttedən gələn mesajların ekran görüntülərini paylaşaraq Suriya, İran və xüsusilə Qrinlandiya mövzularında yaranan fikir ayrılıqlarını ictimaiyyətə açıqlayıb.
Moderator.az xəbər verər ki, bu paylaşım iki lider arasında diplomatik gərginliyin artdığı bir dövrdə xüsusilə diqqət çəkib.
Makron Trampa göndərdiyi mesajda yazır: “Suriya mövzusunda tam razıyıq. İran mövzusunda böyük işlər görə bilərik.
Amma Qrinlandiya barədə nə etdiyini anlamıram.” Davos sammitindən sonra 22 yanvarda Fransanın paytaxtı Parisdə G7 görüşü təşkil etməyi təklif edən Makron, görüşə ukraynalıları, danimarkalıları, Suriyalıları və rusları da dəvət edə biləcəyini bildirib.
Makron həmin gün Trampı ABŞ-a qayıtmazdan əvvəl birlikdə şam yeməyi yeməyə dəvət edib.
Fransa mətbuatının məlumatına görə, Makron Qəzzada atəşkəs prosesinin ikinci mərhələsinin vacib hissəsi kimi yaradılan “Sülh Şurası”na qatılması üçün Trampdan gələn dəvəti isti qarşılamayıb.
Jurnalistlərin Makronla bağlı suallarına cavab olaraq Tramp deyib: “Onun şərab və şampanlarına 200% gömrük rüsumu tətbiq edəcəyəm və o da qatılacaq.
Tam oxu
Xəbəri oxu