Tramp dünya liderlərinin şəxsi yazışmalarını yaydı
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Truth Social hesabı vasitəsilə Fransanın Prezidenti Emmanuel Makron və NATO Baş Katibi Mark Ruttedən gələn mesajların ekran görüntülərini paylaşaraq Suriya, İran və xüsusilə Qrinlandiya mövzularında yaranan fikir ayrılıqlarını ictimaiyyətə açıqlayıb.
Moderator.az xəbər verər ki, bu paylaşım iki lider arasında diplomatik gərginliyin artdığı bir dövrdə xüsusilə diqqət çəkib.
Makron Trampa göndərdiyi mesajda yazır: “Suriya mövzusunda tam razıyıq. İran mövzusunda böyük işlər görə bilərik. Amma Qrinlandiya barədə nə etdiyini anlamıram.”
Davos sammitindən sonra 22 yanvarda Fransanın paytaxtı Parisdə G7 görüşü təşkil etməyi təklif edən Makron, görüşə ukraynalıları, danimarkalıları, Suriyalıları və rusları da dəvət edə biləcəyini bildirib. Makron həmin gün Trampı ABŞ-a qayıtmazdan əvvəl birlikdə şam yeməyi yeməyə dəvət edib.
Fransa mətbuatının məlumatına görə, Makron Qəzzada atəşkəs prosesinin ikinci mərhələsinin vacib hissəsi kimi yaradılan “Sülh Şurası”na qatılması üçün Trampdan gələn dəvəti isti qarşılamayıb. Jurnalistlərin Makronla bağlı suallarına cavab olaraq Tramp deyib: “Onun şərab və şampanlarına 200% gömrük rüsumu tətbiq edəcəyəm və o da qatılacaq. Amma qatılmaq məcburiyyətində deyil.” Makron, 15 yanvarda Qrinlandiyada keçirilən birgə təlimlərdə iştirak etmək üçün göndərilən Fransız əsgərlərinin bölgəyə yola düşdüyünü açıqlamışdı.
Tramp digər paylaşımında NATO Baş Katibi Mark Ruttedən gələn mesajın ekran görüntülərini də yayımlayıb. Mesajda Rutte yazır: “Bu gün Suriyada etdiklərin inanılmazdır. Davosda mətbuata açıqlamalarımı sənin oradakı, Qəzzadakı və Ukraynadakı işlərinə diqqət çəkmək üçün istifadə edəcəyəm.” Rutte onu da əlavə edir: “Qrinlandiya mövzusunda bir yol tapmaqda qərarlısan.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 20 Yanvar 2026 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















