Tramp əsas adamlarını Avropaya göndərir Ukraynanın taleyi müzakirə olunacaq | Icma.az
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gələn həftə ABŞ-ın yüksək rütbəli rəsmiləri Rusiyanın Ukraynaya qarşı müharibəsini necə bitirəcəyini müzakirə etmək üçün Avropaya səfər edəcək.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uols NBC telekanalına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar müharibənin dayandırılmasında maraqlıdır, lakin Ukrayna üçün təhlükəsizlik təminatı məsələsi Avropaya həvalə olunacaq.O, deyib ki, gələn həftə ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, vitse-prezident J.D.Vens və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Avropaya səfər edəcək."Birləşmiş Ştatların prezidenti bütün tərəfləri danışıqlara cəlb etmək üçün hərəkətə keçməyə hazırdır", - Uols vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp lazım gələrsə, Rusiyaya qarşı vergilər, tariflər, sanksiyalar tətbiq etməyə hazırdır.
"Biz bütün tərəfləri danışıqlar masasına oturtmalı və bu müharibəyə son qoymalıyıq.
Və bu, Çinin Prezidenti Si Cinping, Baş nazir Modi ilə, Yaxın Şərq liderləri ilə söhbətlərdə qeyd olunub.
Hər kəs prezident Trampa bu müharibəni dayandırmağa kömək etməyə hazırdır.
Gəlin bütün tərəfləri danışıqlar masasına dəvət edək", - ABŞ Prezidentinin müşaviri bildirib.
Tam oxu
Xəbəri oxu