Icma.az
close
up
RU
Tramp əsas adamlarını Avropaya göndərir Ukraynanın taleyi müzakirə olunacaq

Tramp əsas adamlarını Avropaya göndərir Ukraynanın taleyi müzakirə olunacaq

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gələn həftə ABŞ-ın yüksək rütbəli rəsmiləri Rusiyanın Ukraynaya qarşı müharibəsini necə bitirəcəyini müzakirə etmək üçün Avropaya səfər edəcək. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uols NBC telekanalına müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar müharibənin dayandırılmasında maraqlıdır, lakin Ukrayna üçün təhlükəsizlik təminatı məsələsi Avropaya həvalə olunacaq.

O, deyib ki, gələn həftə ABŞ dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, vitse-prezident J.D.Vens və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Avropaya səfər edəcək.

"Birləşmiş Ştatların prezidenti bütün tərəfləri danışıqlara cəlb etmək üçün hərəkətə keçməyə hazırdır", - Uols vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp lazım gələrsə, Rusiyaya qarşı vergilər, tariflər, sanksiyalar tətbiq etməyə hazırdır.

"Biz bütün tərəfləri danışıqlar masasına oturtmalı və bu müharibəyə son qoymalıyıq. Və bu, Çinin Prezidenti Si Cinping, Baş nazir Modi ilə, Yaxın Şərq liderləri ilə söhbətlərdə qeyd olunub. Hər kəs prezident Trampa bu müharibəni dayandırmağa kömək etməyə hazırdır. Gəlin bütün tərəfləri danışıqlar masasına dəvət edək", - ABŞ Prezidentinin müşaviri bildirib.

Uols təfərrüatları açıqlamayıb, lakin qeyd edib ki, Donald Tramp Amerikanın Ukraynaya yardımını müzakirə etməyə hazırdır: “Biz bu xərcləri geri qaytarmalıyıq və bu, ukraynalılarla nadir torpaq metalları, təbii sərvətləri, neft və qazı və bizim resurslarımızın alınması ilə bağlı ortaqlıq olacaq”.

O, həmçinin əlavə edib ki, burada əsas prinsip ondan ibarətdir ki, avropalılar bu münaqişəyə görə məsuliyyəti öz üzərinə götürməlidir: “Prezident Tramp müharibəni bitirmək niyyətindədir və o zaman təhlükəsizlik zəmanətlərinə gəldikdə, onlar tamamilə avropalıların üzərində olacaq".

O, konkret nə demək istədiyini açıqlamayıb.

Uols prezident Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefonda Ukraynada müharibənin dayandırılmasını müzakirə etdiyi barədə iddialarını nə təsdiq, nə də təkzib edib. Kreml bundan əvvəl şərh verməkdən imtina etmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü danışıqlara hazır olduğunu təkrarlayıb. Ancaq Ukrayna Qərbdən Rusiya təcavüzünün təkrarlanmasının qarşısını alacaq təhlükəsizlik zəmanəti alacağı təqdirdə buna razı olacağını vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Fevral 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri