Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Yaxın aylarda kripto bazarında daha böyük artımın olması da istisna deyil" “Bitcoin" yeni tarixi rekorda imza atıb.
"Binance" platformasının ticarət məlumatlarına əsasən, "Bitcoin"in qiyməti 93,856 dollara çataraq tarixi rekord müəyyən edib.
Hazırda bitkoin 1,75 trilyon dollarlıq bazar dəyəri ilə gümüşü geridə qoyaraq dünyanın 8-ci ən dəyərli sərvətinə çevrilib.Ekspertlər isə son günlər sürətlə bahalaşan kriptovalyutanın yaxın zamanda 100,000 dollara çatacağı və artım tempini qoruyacağı barədə proqnozlarını davam etdirirlər.Buna əsas kimi də ABŞ-də yeni seçilmiş Prezidenti Donald Trampın gələcək administrasiyasının kriptovalyuta qaydalarını yumşaldacağına dair vədlərini göstərirlər.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bitkoin bazarının kapitallaşması ilə bağlı bir neçə iri şirkət tərəfindən böyük yatırımlar edilib.
Bu da bazarın aktivləşməsinə və qiymətlərin bahalaşmasına gətirib çıxarıb.
Ekspert hesab edir ki, bu bahalaşma qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı investorlarda yaranan şübhələrdən də qaynaqlanan bir davranışın nəticəsidir: “Bitkoin hazırda iqtisadi əsaslara görə artmır.
ABŞ-nin bu məsələ ilə bağlı mövqeyinin dəyişməsi ajiotaj yaratdı, bu da bitkoinin qiymətinin qalxmasına səbəb oldu.