Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Tramp gəldi, “Bitcoinin qiyməti artdı

Tramp gəldi, “Bitcoinin qiyməti artdı

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Yaxın aylarda kripto bazarında daha böyük artımın olması da istisna deyil"


  “Bitcoin" yeni tarixi rekorda imza atıb. "Binance" platformasının ticarət məlumatlarına əsasən, "Bitcoin"in qiyməti 93,856 dollara çataraq tarixi rekord müəyyən edib.  

Hazırda bitkoin 1,75 trilyon dollarlıq bazar dəyəri ilə gümüşü geridə qoyaraq dünyanın 8-ci ən dəyərli sərvətinə çevrilib.

Ekspertlər isə son günlər sürətlə bahalaşan kriptovalyutanın yaxın zamanda 100,000 dollara çatacağı və artım tempini qoruyacağı barədə proqnozlarını davam etdirirlər.

Buna əsas kimi də ABŞ-də yeni seçilmiş Prezidenti Donald Trampın gələcək administrasiyasının kriptovalyuta qaydalarını yumşaldacağına dair vədlərini göstərirlər. 

  İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, bitkoin bazarının kapitallaşması ilə bağlı bir neçə iri şirkət tərəfindən böyük yatırımlar edilib. Bu da bazarın aktivləşməsinə və qiymətlərin bahalaşmasına gətirib çıxarıb. Ekspert hesab edir ki, bu bahalaşma qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı investorlarda yaranan şübhələrdən də qaynaqlanan bir davranışın nəticəsidir: “Bitkoin hazırda iqtisadi əsaslara görə artmır. ABŞ-nin bu məsələ ilə bağlı mövqeyinin dəyişməsi ajiotaj yaratdı, bu da bitkoinin qiymətinin qalxmasına səbəb oldu. Ancaq bu prosesin hansı mərhələyə kimi davam edəcəyini dəqiq proqnozlaşdırmaq olmur. Texniki analizlər bitkoinin qiymətinin hətta 100 min dollar həddini keçəcəyini də söyləməyə əsas yaradır”.

“Bitcoin”in bahalaşmasını “Sherg.az"a şərh  edən iqtisadçı  Xalid Kərimli isə deyib ki, ABŞ-də Donald Trampın qələbəsindən sonra kripto bazarında yüksəliş tendensiyası davam edir. Ekspert  hesab edir ki, əsas kriptovalyutanın bahalaşması Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi və Respublikaçıların Amerikada yenidən  hakimiyyətə gəlməsi ilə əlaqədardır: 


“Tramp hələ seçki kampaniyası ərəfəsində, iyul ayında “Bitcoin” biznesinin liderləri ilə görüşərək kripto sənayesinə böyük dəstək verəcəyini, hətta ABŞ-ni “planetin kripto paytaxtı” edəcəyini vəd etmişdi. O, kriptovalyuta istehsal edənlərə qarşı cinayət təqibi və sıxışdırmaları aradan qaldıracağını, “Birja”nın “Bitcoin” əleyhinə olan rəhbərliyini kənarlaşdıracağını, eyni zamanda bitkoin sahəsində qanunvericiliyi təkmilləşdirəcəyini qeyd etmişdi. 

Onun bu vədləri də kripto sahəsindəki investorların ümidlərini artırıb və bazarda coşqu yaradıb. Trampın komandası da eyni fikirdə  olduğu üçün seçkilərdə Trampın qalib gəlməsindən sonra “Bitcoin”in qiyməti iki dəfədən çox bahalaşıb. 

  Sözsüz ki, yaxın aylarda kripto bazarında daha böyük artımın olması da istisna deyil. Lakin bahalaşmanın hansı mərhələyə kimi davam edəcəyini demək, bu sahədə konkret proqnoz vermək çətin məsələdir. Bu artıq falçılıq kimi bir şey olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri