Tramp Haaqa məhkəməsinə sanksiya tətbiq edib

07.02.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sənədə əsasən, maliyyə və viza sanksiyaları amerikalılara və onların müttəfiqlərinə qarşı təhqiqatlarda iştirak edən şəxslərə şamil edilir.
Tramp hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsi ABŞ və onun yaxın müttəfiqi İsrailə qarşı qanunsuz və əsassız hərəkətlər edir.
ABŞ prezidenti bu qərarı Senatdakı Demokratların ötən həftə Nümayəndələr Palatasının təsdiqlədiyi BCM-in sanksiya qanun layihəsini bloklamasından sonra verib.
Konqresin aşağı palatası İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı həbs etmək üçün orderlər verdiyinə görə Haaqa məhkəməsinin məmurlarına qarşı sanksiya tətbiqinə səs verib.
Trampın imzaladığı sənəddə qeyd olunur ki, BCM öz səlahiyyətlərindən sui-istifadə edərək İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə əsassız order verib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью