Tramp Haaqa məhkəməsinə sanksiya tətbiq edib
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sənədə əsasən, maliyyə və viza sanksiyaları amerikalılara və onların müttəfiqlərinə qarşı təhqiqatlarda iştirak edən şəxslərə şamil edilir.
Tramp hesab edir ki, Beynəlxalq Cinayət Məhkəməsi ABŞ və onun yaxın müttəfiqi İsrailə qarşı qanunsuz və əsassız hərəkətlər edir.
ABŞ prezidenti bu qərarı Senatdakı Demokratların ötən həftə Nümayəndələr Palatasının təsdiqlədiyi BCM-in sanksiya qanun layihəsini bloklamasından sonra verib.
Konqresin aşağı palatası İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantı həbs etmək üçün orderlər verdiyinə görə Haaqa məhkəməsinin məmurlarına qarşı sanksiya tətbiqinə səs verib.
Trampın imzaladığı sənəddə qeyd olunur ki, BCM öz səlahiyyətlərindən sui-istifadə edərək İsrailin baş naziri və keçmiş müdafiə nazirinin həbsinə əsassız order verib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Haaqa Məhkəməsinə müraciət edib
20 Noyabr 2024 10:07
Azərbaycandan Haaqa Məhkəməsinə MÜRACİƏT
20 Noyabr 2024 10:20
Duterte Haaqa məhkəməsinə çıxarılacaq
11 Mart 2025 19:25
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi
20 Noyabr 2024 10:05
Azərbaycan Haaqa Məhkəməsinə Ermənistanla bağlı müraciət edib
20 Noyabr 2024 14:13
Baxış sayı:127
Bu xəbər 07 Fevral 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















