Tramp hakimiyyəti İsrail Fələstin müharibəsini sonlandıra bilərmi? AÇIQLAMA | Icma.az
Icma.az bildirir, Demokrat.az portalına istinadən. Türkiyə ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb.
Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ankaranın əsas gözləntisi Qəzzadakı müharibəyə son qoyulmasıdır.Tramp hakimiyyəti İsrail- Fələstin müharibəsini bitirə bilərmi?Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki, Türkiyənin ABŞ-nın yeni hakimiyyətindən əsas gözləntisi Trampın kürd layihəsinə və PKK-ya dəstək verib verməyəcəyi ilə bağlı məsələ olacaq:“Suriyada mövcud durumun nəzarət altına götürülməsi də hazırda rəsmi Ankaranı düşündürən məsələlərdəndir.
Çünki Ankara ilə bağlılığı barədə iddiaların olduğu Culani “Hayat Təhrir əş-Şam” hazırda yalnız Dəməşq və onun ətrafına nəzarəti həyata keçirə bilir.
Bu isə ümumi ərazinin 15-20%-i deməkdir. Qalan ərazilərə nəzarət ABŞ-la bağlı Suriya Demokratik Qüvvələri, Ankaranın maliyyələşdirdiyi Suriy
Üstəlik Rusiyanın Suriya ərazisində məlum iki hərbi bazası qalmaqdadır.
İsrail kəşfiyyatı ilə bağlılığı istisna olunmayan Culani vasitəsilə Suriyadakı vəziyyəti Türkiyənin nəzarət altına almaq istəyi ABŞ-la kordinasiya edilmiş siyasətin həyata keçirilməsini tələb edəcək”.Politoloq onu da bildirib ki, Trampın isə qatı İsrailpərəst olduğu məlumdur:“O, İsrailin Türkiyə ilə qarşıdurmasında heç bir vəchlə razı da deyil.
İsrail və ABŞ-nin İŞİD və kürd layihəsi ilə bağlı ümumi maraqlara malik olduğu nəzərə alınarsa, tərəflər Türkiyəyə təzyiq üçün məlum layihədən heç vaxt imtina etməyəcəklər.
Tam oxu
Xəbəri oxu