Icma.az
close
up
RU
Tramp hakimiyyəti İsrail Fələstin müharibəsini sonlandıra bilərmi? AÇIQLAMA

Tramp hakimiyyəti İsrail Fələstin müharibəsini sonlandıra bilərmi? AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Türkiyə ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampdan əsas gözləntisini açıqlayıb. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ankaranın əsas gözləntisi Qəzzadakı müharibəyə son qoyulmasıdır.
Tramp hakimiyyəti İsrail- Fələstin müharibəsini bitirə bilərmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq  Elşən Manafov bildirib ki, Türkiyənin ABŞ-nın yeni hakimiyyətindən əsas gözləntisi Trampın kürd layihəsinə və PKK-ya dəstək verib verməyəcəyi ilə bağlı məsələ olacaq:
“Suriyada mövcud durumun nəzarət altına götürülməsi də hazırda rəsmi Ankaranı düşündürən məsələlərdəndir. Çünki  Ankara ilə bağlılığı barədə iddiaların olduğu Culani “Hayat Təhrir əş-Şam” hazırda yalnız Dəməşq və onun ətrafına nəzarəti həyata keçirə bilir. Bu  isə ümumi ərazinin 15-20%-i deməkdir. Qalan ərazilərə nəzarət ABŞ-la bağlı Suriya Demokratik Qüvvələri, Ankaranın maliyyələşdirdiyi Suriya Azadlıq Ordusu, PKK ilə bağlı kürd hərbi birləşmələri, İsrailə məxsus Silahlı Qüvvələrin nəzarəti altındadır. Üstəlik Rusiyanın Suriya ərazisində məlum iki hərbi bazası qalmaqdadır. İsrail kəşfiyyatı ilə bağlılığı istisna olunmayan Culani vasitəsilə Suriyadakı vəziyyəti Türkiyənin nəzarət altına  almaq istəyi ABŞ-la kordinasiya  edilmiş siyasətin həyata keçirilməsini tələb edəcək”.
Politoloq onu da bildirib ki, Trampın isə qatı İsrailpərəst olduğu məlumdur:
“O, İsrailin Türkiyə ilə qarşıdurmasında heç bir vəchlə razı da deyil. İsrail və ABŞ-nin İŞİD və kürd layihəsi ilə bağlı  ümumi maraqlara malik olduğu nəzərə alınarsa, tərəflər Türkiyəyə təzyiq üçün məlum layihədən heç vaxt imtina etməyəcəklər. Ərdoğanın ikinci Osmanlı layihəsi, yəni ərəb dünyasında Türkiyənin əvvəlki nüfuzunun  bərpa edilməsi ilə bağlı istəyi regionun ayrı-ayrı ərəb siyasi elitaları tərəfindən qısqanclıqla qarşılanır. Suriyada Əsəd rejiminin devrilməsində Ərdoğan dolayısı yolla olsa belə İsrail və ABŞ-nın xeyrinə hərəkətlərə yol verib. İran və Rusiyanın, habelə ərəb dünyasının nüfuzlu liderlərinin dəstəyi olmadan Ərdoğan təkbaşına Fələstin məsələsinin öhdəsindən gələ bilməz”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 16 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri