Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. "ABŞ Ukrayna böhranının nizamlanması məsələsində Rusiyanın addımlarından məmnun olmasa, təd
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə polşalı həmkarı Karol Navrotski ilə görüşün başlanğıcında j
Onun sözlərinə görə, Vaşinqton Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsi üzrə qəbul edəcəyi qərardan narazı olsa, nəsə baş verəcək.
Amerika lideri konkret nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Bununla yanaşı, Tramp onun Ukraynada nizamlama kontekstində Rusiyaya təsir göstərmək üçün heç bir tədbir görməməsinə dair iddianı təkzib edib.
Ağ Ev rəhbəri Rusiyaya qarşı tədbir görməsinə nümunə kimi Hindistana münasibətdə ikinci dərəcəli sanksiyaların tətbiqini göstərib: "Bu səbəbdən Rusiya yüz milyardlarla dollar itirib.
Hələ mən ikinci və üçüncü mərhələyə başlamamışam". Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.